Məzmuna keç

İlham Əliyev: “İsraildə Azərbaycan səfirliyinin açılması qərarı dostluq əlaqələrini daha da gücləndirir”

"İsraildə Azərbaycan səfirliyinin açılması barədə qərar iki ölkə arasında dostluq əlaqələrini daha da gücləndirir".

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İsrailin dövlət başçısı İsxak Hersoqla telefon danışığı zamanı bildirib.

Qeyd edək ki, noyabrın 22-də İsrail Prezidenti İsxak Hersoq Azərbaycan lideri İlham Əliyevə zəng edib.