Sabah "Azəriqaz"da növbəti "Açıq qapı" aksiyası keçiriləcək


  • 24 Noyabr 2022 15:15

Sabah saat 11:00-da SOCAR “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq.

E-huquq.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya "Facebook" sosial şəbəkəsi (https://www.facebook.com/azeriqazaz/) üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Oxşar xəbərlər