Məzmuna keç

Pakistanın Baş naziri Azərbaycan Prezidentinə təşəkkür etdi

“Azərbaycan Prezidenti İlham Əliyevə Pakistandan düyü idxalının beş il müddətinə vergidən azad edilməsini təsdiqlədiyinə görə təşəkkür edirəm”.

E-huquq.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif tviterdə yazıb.

“İki qardaş ölkə avtomobil yolu, dəmir yolu və Qvadar limanı vasitəsilə iqtisadi əməkdaşlığı və əlaqəni inkişaf etdirməyə çalışacaq”, – hökumət başçısı bildirib.

Qeyd edək ki, Azərbaycan hökuməti Pakistandan düyü idxalını 2027-ci il dekabrın 31-dək gömrük rüsumundan azad edib. Bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik olunub.