Məzmuna keç

Baş nazir qərar imzaladı

Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın tərkibi dəyişib.

E-huquq.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Komissiyanın üzvləri sırasına Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri də əlavə edilib.