“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Zaqatalada olacaq


  • 5 Dekabr 2022 11:08

“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

İB-dən e-huquq.az-a bildirilib ki, “Azəriqaz”ın KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Zaqatala rayonunda görüşü təşkil olunacaq. Aksiya Zaqatala rayon Mədəniyyət Mərkəzinin qarşısında baş tutacaq. Səyyar qəbul otağı dekabr ayının 7-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Oxşar xəbərlər