"Azəriqaz"ın baş direktoru Mingəçevirdə vətəndaş qəbulu keçirdi - FOTO


  • 5 Dekabr 2022 17:49

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Mingəçevir şəhərində vətəndaş qəbulu keçirib.

Birlikdən e-huquq.az-a verilən məlumata görə, qəbul Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaş qəbulu keçirilməsi ilə bağlı tərtib edilmiş qrafikə əsasən baş tutub.

Görüşdə Mingəçevir və Yevlax sakinlərinin müraciətləri dinlənilib.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılaraq bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb.

Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciətlər isə qeydə alınıb və qanunvericiliyin tələblərinə uyğun icra olunması istiqamətində göstəriş verilib.

Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və SOCAR rəhbərliyinə təşəkkür ediblər.

Oxşar xəbərlər