Birinci Qarabağ müharibəsi veteranlarının "Azəriqaz"a müraciətləri həllini tapdı - VİDEO


  • 6 Dekabr 2022 16:18

Birinci Qarabağ müharibəsi veteranı Suliddin Novruzovun SOCAR “Azəriqaz” İstehsalat Birliyinə etdiyi müraciət qısa vaxt ərzində həllini tapıb.

Qurumdan e-huquq.az-a bildirilib ki, müharibə veteranının Tovuz rayonu, Cəlilli kəndində yerləşən fərdi yaşayış evinə qaz xətti çəkilərək sayğac quraşdırılıb.

Suliddin Novruzovun həmkəndlisi, həm də müharibə yoldaşı olan Alim Qasımov da eyni istəklə SOCAR “Azəriqaz” İB-yə müraciət edib. Birliyin həssas qrupa göstərdiyi qayğının nəticəsi kimi müharibə iştirakçısının fərdi yaşayış evi qazlaşdırılaraq sayğacla təmin edilib.

Ətraflı video materialda izləyə bilərsiniz:

Oxşar xəbərlər