Hatayda dağıntılar altından azərbaycanlı ailənin cansız bədəni çıxarılıb.
E-huquq.az xəbər verir ki, bu barədə azərbaycanlı mərhum xanımın yaxınları sosial şəbəkədə paylaşım ediblər.
Bildiriblər ki, Məleykə Rüstəmlini (Kılıç), onun həyat yoldaşı Münir Kılıçı və 5 yaşlı oğulları Batuhan Kılıçı dağıntılar altından xilas etmək mümkün olmayıb.
