- 14 İyul 18:21
Bakının Qardağ rayonunda anasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub, cinayət işi açılıb.
Bu barədə e-huquq.az-a Qaradağ Rayon prokurorluğundan məlumat verilib.
İyulun 20-də saat 07 radələrində Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Aybəniz Şükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1991-ci il təvəllüdlü Kamran Şükürzadənin şəxsi münasibətlər zəminində anası Aybəniz Şükürovanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamran Şükürzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
***
10.05
Bakının Qaradağ rayonunda anasını qətlə yetirməkdə şübhəli bilinən oğlu saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu gün səhər saat saatlarında Bakının Qaradağ rayonu Ümid qəsəbəsində 1967-ci il təvəllüdlü Şükürzadə Aybəniz Məhəmməd qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu 1991-ci il təvəllüdlü Şükürzadə Kamran Etibar oğlu saxlanılıb. O, polisə könüllü gəlib.
Faktla bağlı araşdırma aparılır.