Korrupsiya dünyada ən böyük problemlərdən biridir və onun mürəkkəb mexanizmi mövcuddur. Bu baxımdan korrupsiyanın qarşısını almaq üçün əməliyyatlar olduqca zəruridir.
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Bakıda keçirilən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Şəbəkəsi) 6-cı Plenar iclasının iştirakçısı, Tailand Milli Antikorrupsiya Komissiyasının nümayəndəsi Sornçay Çouçian deyib.
Sornçay Çouçian Bakıda təşkil olunan tədbirin korrupsiya ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək baxımından böyük rol oynadığını qeyd edib.
