Məzmuna keç

Səhiyyənin Təminat Mərkəzi 476 min manatlıq sifariş verdi

"Səhiyyənin Təminat Mərkəzi" Publik Hüquqi Şəxsinin qan bankında istifadə olunan immunohemotoloji testlərin, reaktivlərin və reagentlərin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Avromed Company" MMC olub.

Məlumata görə, qalib şirkətə 475.971 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə