Məzmuna keç

ABŞ dövlət katibinin köməkçisinin müavini Azərbaycanda səfərdədir

ABŞ Dövlət Departamentinin Avropa məsələləri üzrə müavin köməkçisi Coşua Hak və Avropa üzrə baş müşaviri Vayatt Tölkeni Azərbaycanda səfərdədir.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, onların Bakıya səfəri Azərbaycan rəsmiləri ilə ABŞ-ın maraqlarına uyğun ikitərəfli dialoqun davam etdirilməsi, iqtisadi tərəqqi və regional təhlükəsizlik məsələləri ətrafında müzakirə aparmaq məqsədi daşıyır.