Məzmuna keç

Mingəçevirdə 41 yaşlı kişinin meyiti tapıldı

Mingəçevirdə küçədə 41 yaşlı kişinin meyiti tapılıb.

E-huquq.az xəbər verir ki, hadisə Kür çayının sağ sahilində qeydə alınıb.

Küçədə meyiti tapılan şəxsin 1984-cü il təvəllüdlü şəhər sakini Ramin İsmayılov olduğu müəyyən edilib.

Əldə edilən ilkin məlumata görə ölən şəxs həm də içki düşkünü olub. Hadisənin baş vermə səbəbləri tam müəyyənləşdirilməyib.

Faktla bağlı araşdırma aparılır.