Türkiyənin Ərzurum vilayətinin Oltu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.
Hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis, təcili tibbi yardım və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) əməkdaşları cəlb edilib.
Qəza nəticəsində ağır xəsarətlər alan şəxslər təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıblar.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Şəbnəm Mehdizadə
