Türkiyənin Antalya vilayətinin Demre rayonunda güclü yağış nəticəsində çaylar məcrasından çıxıb, evləri, obyektləri və istixanaları su basıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sel səbəbindən avtomobil yolu nəqliyyatın hərəkəti üçün bağlanıb.
Su basmış yollarda avtomobillərində köməksiz qalan sakinlər bələdiyyə əməkdaşları tərəfindən xilas edilib.
Əraziyə bələdiyyə, yanğınsöndürmə, jandarma və AFAD qrupları cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan və ya həyatını itirən olmayıb.
Aidiyyəti qurumlarla koordinasiyalı şəkildə işlər davam edir.
Hazırda suyun çəkilməsi gözlənilir.



Şəbnəm Mehdizadə
