Türkiyənin 3 vilayətində meşə yanğınları ilə mübarizə davam edir.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aydın, Antalya, Muğla vilayətlərində meşə yanğını davam edir.
Muğlanın Milas rayonunda yol kənarında başlayan alov güclü külək nəticəsində meşəlik əraziyə keçib.
Əraziyə çoxlu sayda su maşını, ağır texnika, Muğla Meşə Regional İdarəsinin əməkdaşları və yanğınsöndürənlər göndərilib.
Bəzi könüllülər və yerli sakinlər də komandalara dəstək olublar.
Antalyanın Alanya rayonunda saat 22:00 radələrində meşəlik ərazidə naməlum səbəblərdən yanğın baş verib. Güclü külək nəticəsində alov sürətlə yayılaraq yaşayış məntəqələrinə yaxın ərazilərə çatıb. Əraziyə AFAD qrupları göndərilib.
Aydının Çine rayonunda isə dünən axşam saatlarında başlayan meşə yanğınına havadan və qurudan müdaxilə davam edir.
Şəbnəm Mehdizadə
