“İrana qarşı yönələn istənilən təhdid İran silahlı qüvvələri üçün birbaşa hədəfə çevriləcək”.
E-huquq.az İran mətbuatına istinadən xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Əli Abdullahi söyləyib.
General qeyd edib ki, İran rejiminin mövcudluğunu təhdid edən istənilən nöqtə ölkəsinin həyata keçirəcəyi əməliyyatların birbaşa hədəfinə çevriləcək.
“Biz Birləşmiş Ştatların qabaqcıl sistemlərini iflic etmişik”, – deyə Abdullahi bildirib.
ABŞ və İsrailə xəbərdarlıq edən iranlı general əvvəlki hücumların hadisələrin yalnız başlanğıcı olduğunu iddia edib. Onun sözlərinə görə, bundan sonra ediləcək istənilən yanlış hesablama qarşı tərəfə daha ağır zərbələrin endirilməsi ilə nəticələnə bilər.
Abdullahi təhdidlərinin real olduğunu və İran Silahlı Qüvvələrinin onları həyata keçirmək imkanına malik olduğunu da vurğulayıb.
Şəbnəm Mehdizadə
