İtaliyanın Ravenna şəhərində partlayıcı maddə ilə yüklənmiş konteynerlərin İsrailə daşınmasının qarşısı alınıb.
E-huquq.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Ravenna Limanında çalışan fəhlələrin xəbərdarlığından sonra İsrailin Hayfa limanına partlayıcı maddə daşıdığı güman edilən iki konteynerə baxış keçirilib.
Yerli icra orqanlarının nəzarətindən sonra konteynerlərin daşınması prosesi dayandırılıb.
Ravenna meri Alessandro Barattoni də hökumətdən İsrailə silah göndərilməsini dayandırmağı tələb edib.
Baş nazirin müavini və xarici işlər naziri Antonio Tajani İsrailə silah göndərmədiklərini bildirib.
Şəbnəm Mehdizadə
