Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabe müəssisələrində saxlanılan fiziki qüsurlu şəxslərin protezlərlə təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tədbirlər davam etdirilir.
Bu barədə e-huquq.az-a Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, Penitensiar xidmətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez Ortopedik Bərpa Mərkəzi arasında qurulmuş işgüzar əlaqələr sayəsində 6, 8 saylı cəzaçəkmə və İxtisaslaşdırılmış müalicə müəssisələrində cəza çəkən əlil məhkumlar korset, ayaq protezləri, əsa, ortopedik ayaqqabı və corablar ilə təmin edilib.
