"ABŞ İran xalqının hüquqlarına hörmətlə yanaşarsa, razılıq əldə oluna bilər”.
E-huquq.az xəbər verir ki, bu sözləri İran prezidenti Məsud Pezeşkian söyləyib.
O qeyd edib ki, ABŞ maksimalist yanaşmasından əl çəkməlidir.
Qeyd edək ki, ABŞ və İran arasında Pakistanda aparılan danışıqlar nəticəsiz yekunlaşıb.
İran mediası İslamabadda keçirilən Tehran-Vaşinqton danışıqlarında ortaq razılıq əldə olunmamasının səbəbini ABŞ-nin həddindən artıq tələbləri ilə əlaqələndirib
Şəbnəm Mehdizadə
