Məzmuna keç

Ceyhun Bayramov: Hindistan Orta Dəhlizə ciddi maraq göstərir

Hindistan da Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb (Orta Dəhliz – red.) nəqliyyat dəhlizləri istiqamətində son dövrlərdə həyata keçirdiyi tədbirlər fonunda bu layihələrə ciddi maraq göstərir.

E-huquq.az məlumatına əsasən, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov paytaxt Bakıda hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birgə keçirdiyi mətbuat brifinqində bildirib.

Onun sözlərinə görə, keçirilən görüş zamanı bu mövzu da gündəmə gətirilib və ətraflı müzakirə aparılıb:

“Ölkələrimiz arasında birbaşa aviareyslərin olması bu cür məsələlərdə mühüm əhəmiyyət daşıyır. Biz bu kontekstdə tələbatın nə qədər böyük olduğunu hiss edirik və ehtimal olunur ki, aviareyslərin sayı artırılsın. Müvafiq qurumlar bu istiqamətdə danışıqlar aparırlar”.