Məzmuna keç

Kanada ABŞ ilə ticarət razılaşması üçün şərt qoydu

Kanadanın Baş naziri Mark Karni ABŞ ilə ticarət razılaşmasının əldə olunması ehtimalının Vaşinqtonun Ottavanın “qırmızı xətlərini” qəbul etməyə yaxınlaşması ilə artacağını bildirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Karni jurnalistlərin ABŞ ilə mümkün ticarət razılaşması barədə suallarını cavablandırıb.

ABŞ Prezidenti Donald Trampın mümkün razılaşmanı imzalayıb-imzalamayacağını bilmədiyini deyən Karni, Kanadanın milli maraqlarına və müəyyən etdiyi “qırmızı xətlərə” uyğun olan razılaşmanı qəbul etməyə hazır olduğunu vurğulayıb.

Baş nazir avqust ayında təklif edilən razılaşmanı məhz bu prinsiplərə görə imzalamaq istəmədiklərini qeyd edib.

“ABŞ bu məsələlərdə mövqeyimizi qəbul etməyə nə qədər yaxınlaşarsa, razılaşma əldə etmək ehtimalı da bir o qədər artar. Biz bunu qiymətləndirəcəyik”, – deyə Karni bildirib.

ABŞ Prezidenti Donald Tramp isə Miçiqan ştatında seçki kampaniyası çərçivəsində etdiyi çıxışda Kanada ilə ticarət məsələsinin “yaxın vaxtlarda həll olunacağını” söyləyib.

Şəbnəm Mehdizadə