Məzmuna keç

Türkiyədə ağır qəza: 1 ölü, 9 yaralı

Türkiyənin Burdur vilayətinin Ağlasun rayonunda sərnişin avtobusunun aşması nəticəsində 1 nəfər həyatını itirib, 9 nəfər yaralanıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, sərnişin avtobusu Ispart-–Antalya avtomobil yolunda tunel yaxınlığında aşıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, jandarma və yanğınsöndürmə briqadaları cəlb edilib.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər hadisə yerində həyatını itirib, 9 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardım avtomobilləri ilə ətrafdakı xəstəxanalara çatdırılıblar.

Hadisə yerində müvafiq qurumların əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Şəbnəm Mehdizadə