Məzmuna keç

İspaniyada sürət qatarları toqquşdu: 40 nəfər öldü

İspaniyada Madrid-Əndəlüs istiqamətində hərəkət edən iki sürət qatarının toqquşması nəticəsində azı 40 nəfər həyatını itirib.

E-huquq.az bu barədə “El País” qəzetinə istinadən xəbər verir.

Hadisə yerli vaxtla səhər saat 08:54-də Toledo şəhəri yaxınlığındakı Los Yebenes ərazisində baş verib.

Qəza nəticəsində çoxsaylı insan yaralanıb.

Hadisənin şahidləri çoxsaylı yaralıların olduğunu və tibbi yardım briqadalarının qəza yerinə gəldiyini bildiriblər.

Qəza ilə əlaqədar Madrid, Syudad-Real və Əndəlüs arasında dəmir yolu reyslərinin müvəqqəti dayandırıldığı açıqlanıb.

Hadisənin dəqiq səbəbləri ilə bağlı rəsmi araşdırmanın nəticələri hələ açıqlanmayıb.

Şəbnəm Mehdizadə