Məzmuna keç

İnsanlıq növbəti buz dövrünün qarşısını aldı – Alimlərdən maraqlı nəticə

Yeni elmi araşdırma göstərib ki, insanların fosil yanacaqlardan istifadə etməsi nəticəsində yaranan qlobal istiləşmə Yer kürəsində başlanmaqda olan növbəti buzlaşma prosesini dayandırıb.

E-huquq.az xarici KİV-ə istuinadən xəbər verir ki, tədqiqat zamanı buz örtüyünün altında qalmış qədim bitki qalıqları və qayalardakı izlər araşdırılaraq keçmiş iqlim dəyişikliklərinin dinamikası müəyyənləşdirilib.

Əldə olunan nəticələrə görə, buz örtüyü təxminən 3 min il əvvəl ən kiçik ölçüsünə çatdıqdan sonra havanın soyuması nəticəsində eramızın təxminən 2000-ci ilində yenidən genişlənməyə başlayıb.

Alimlər hesab edirlər ki, bu proses əslində yeni buz dövrünün başlanğıcı kimi qiymətləndirilməlidir. Lakin 1960-cı illərdən etibarən insan fəaliyyəti nəticəsində istixana qazlarının atmosferə atılmasının artması və qlobal istiləşmə prosesi bu tendensiyanı kəskin şəkildə dəyişib.

Yay temperaturunun yüksəlməsi buz örtüyünün yenidən kiçilməsinə səbəb olub və təbii buzlaşma prosesi faktiki olaraq dayanıb.

Mütəxəssislər bildirirlər ki, təbii iqlim dövrlərinə uyğun olaraq növbəti buz dövrünün insan həyatına təsir göstərməsi üçün min illər lazım ola bilərdi. Bununla belə, baş verənlər insanların planetin təbii iqlim tarazlığına nə dərəcədə ciddi müdaxilə etdiyini göstərir.

Araşdırmaya əsasən, insan fəaliyyəti nəticəsində yaranan iqlim böhranı yalnız hazırkı qlobal istiləşməyə səbəb olmayıb, həm də gələcəkdə baş verə biləcək buzlaşma dövrlərini çox uzun müddətə təxirə salıb.

Beləliklə, fosil yanacaqların istifadəsi nəticəsində atmosferdə istixana qazlarının artması Yer kürəsinin minilliklər ərzində formalaşmış təbii iqlim proseslərinin istiqamətini dəyişdirib.

Şəbnəm Mehdizadə