Məzmuna keç

İran KİV: ABŞ ilə əlaqələrdə yeni inkişaf yoxdur

İran ilə ABŞ arasında vasitəçilər vasitəsilə mesaj mübadiləsi əvvəlki qaydada davam etsə də, bu istiqamətdə hər hansı yeni inkişafın olmadığı bildirilir.

E-huquq.az xəbər verir ki, “Fars” xəbər agentliyinə danışan, adı açıqlanmayan mənbə İran və ABŞ arasında mesaj mübadiləsinin vasitəçilər üzərindən davam etdiyini, lakin prosesdə yeni irəliləyişin qeydə alınmadığını bildirib.

Mənbənin sözlərinə görə, ABŞ İranın irəli sürdüyü 7 şərti yerinə yetirməyənədək hər hansı yeni inkişafın və ya növbəti addımın atılması gözlənilmir.

Mənbə Hörmüz boğazındakı vəziyyətə də toxunaraq, boğazın tamamilə İran hərbi qüvvələrinin nəzarətində olduğunu iddia edib. O, heç bir ABŞ gəmisinin boğaza bir neçə yüz kilometr məsafəyədək yaxınlaşmağa cəsarət etmədiyini irəli sürüb.

Şəbnəm Mehdizadə