Məzmuna keç

Türkiyədə FETÖ-yə qarşı əməliyyat: 21 nəfər saxlanıldı

Türkiyədə FETÖ terror təşkilatının dövlət qurumlarındakı gizli strukturu və maliyyə şəbəkəsinə qarşı keçirilən iki ayrı əməliyyat nəticəsində 21 şübhəli saxlanılıb.

E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti nəticəsində təşkilatın dövlət qurumlarındakı gizli strukturunda fəaliyyət göstərdiyi müəyyən edilən 14 nəfər barəsində saxlanılma qərarı verilib.

10 vilayətdə eyni vaxtda keçirilən əməliyyatlar zamanı şübhəlilərin hamısı saxlanılıb.

Təşkilatın maliyyə şəbəkəsinə qarşı aparılan digər istintaq çərçivəsində isə FETÖ üzvlərinə maliyyə dəstəyi göstərməkdə və təşkilatın fəaliyyətini davam etdirməkdə şübhəli bilinən 11 nəfərə qarşı əməliyyat keçirilib. Onlardan 7-si saxlanılıb, 4 nəfərin axtarışı davam edir.

Hər iki istintaq üzrə araşdırmaların hərtərəfli və diqqətlə davam etdirildiyi bildirilib.

Şəbnəm Mehdizadə