Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi paytaxt Ər-Riyadda erkən xəbərdarlıq sisteminin işə düşdüyünü və təhlükə siqnalı verildiyini açıqlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qurumun sosial media hesabında yayılan bəyanatda şəhər sakinlərinə təhlükəsiz otaqlara, mümkün qədər pəncərələrdən uzaq ərazilərə keçmək və təhlükə sovuşanadək binaları tərk etməmək tövsiyə olunub. Açıq ərazilərdə olan şəxslərə isə hər hansı mühafizə səddinin arxasında sığınmaq məsləhət görülüb.
Daha sonra Mülki Müdafiə Baş İdarəsi təhlükənin aradan qalxdığını elan edib.
Qeyd edək ki, son dövrlər Yəməndə fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən husilər ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada və ölkənin digər bölgələrinə hücumlar həyata keçirirlər.
Şəbnəm Mehdizadə
