Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda iki metrobüsün toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
E-huquq.az xəbər verir ki, sərnişinləri mindirmək üçün dayanacaqda saxlayan metrobüsə yaxınlaşan digər metrobüs arxadan çırpılıb.
Qəza barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım briqadaları cəlb edilib.
Yaralılardan 2-nə hadisə yerində ilkin tibbi yardım göstərilib, 4 nəfər isə təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.
Qəza səbəbindən metrobüs xətlərində hərəkətdə fasilələr yaranıb, dayanacaq ətrafında uzun nəqliyyat sıxlığı müşahidə olunub.
Şəbnəm Mehdizadə
