Bolqarıstanda sıx duman səbəbindən Sofiya ilə Burqas şəhərlərini birləşdirən Trakiya avtomobil yolunda iki ayrı zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisələr yerli vaxtla saat 07:00 radələrində Yambol şəhəri yaxınlığında, Zimnitsa yol qovşağı ətrafında qeydə alınıb.
Sliven vilayətinin qubernatoru Mixail Kaşerov mətbuata açıqlamasında qəzaların ümumilikdə 70-ə yaxın avtomobilin iştirakı ilə baş verdiyini bildirib. O, hadisə nəticəsində 10-dan çox şəxsin öldüyünü, 16 nəfərin isə xəsarət aldığını qeyd edib.
Hadisə yerinə Yambol, Sliven və Burqas şəhərlərindən təcili tibbi yardım briqadaları və tibbi helikopter göndərilib. Ərazidə 14 yanğınsöndürmə briqadası da fəaliyyət göstərir.
Bolqarıstan Müdafiə Nazirliyi isə yaralıların daşınmasına dəstək məqsədilə “Spartan” tipli hərbi-nəqliyyat təyyarəsinin Burqasa göndərildiyini açıqlayıb.
Şəbnəm Mehdizadə
