İran ordusu Hörmüz boğazının şərqində neft tankerinin dəniz minasına düşərək alovlandığını açıqlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumatda hadisənin bu gün səhər saatlarında boğazın şərqində yerləşən təhlükəli və gəmilərin hərəkəti qadağan olunmuş ərazidə baş verdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, mina ilə toqquşan neft tankerində yanğın baş verib.
Hadisənin təfərrüatları açıqlanmasa da, Hərbi Dəniz Qüvvələrinin bölmələrinin əraziyə çatdığı və vəziyyətin nəzarətə götürüldüyü bildirilib.
İran tərəfi gəmi sahiblərinə müraciət edərək Hörmüz boğazından təhlükəsiz keçid üçün İran Silahlı Qüvvələri ilə koordinasiyanın vacibliyini vurğulayıb.
Şəbnəm Mehdizadə
