Məzmuna keç

Ticarət mərkəzinin avtomobil dayanacağında yanğın oldu – FOTO

Türkiyənin paytaxtı Ankaranın Mamak rayonunda ticarət mərkəzinin avtomobil dayanacağında yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, alov qısa müddətdə ticarət mərkəzinin həyətində qurulan endirim çadırlarına da keçib.

Hadisə yerinə çoxsaylı yanğınsöndürən və polis əməkdaşları cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun yayılmasının qarşısı alınıb və yanğın tam söndürülüb.

Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Hadisə nəticəsində tekstil məhsullarının yerləşdirildiyi endirim çadırları və avtomobil yararsız vəziyyətə düşüb.

Yanğının başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Şəbnəm Mehdizadə