ABŞ-nin Luiziana ştatına uçan sərnişin təyyarəsində üzərində bomba olduğunu iddia edən şəxs saxlanılıb.
E-huquq.az xarici mediaya istinadən xəbər verir ki, “United Airlines” aviaşirkətinə məxsus təyyarədə səyahət edən 34 yaşlı sərnişin qeyri-adekvat davranışlar sərgiləməyə başlayıb və uçuş heyətinə üzərində bomba olduğunu bildirib.
Məlumata əsasən, Nyu-Cersi ştatının Nyuark şəhərindən havaya qalxan təyyarə Luiziana ştatındakı Lui Armstronq adına Yeni Orlean Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib.
Hadisədən sonra şübhəli şəxs saxlanılıb.
Onun barəsində ictimaiyyətdə qorxu yaratmaq məqsədilə yanğın təhlükəsi ilə bağlı bilərəkdən yalan məlumat vermək ittihamı üzrə tədbir görülüb.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) da təyyarədə baş verən hadisə ilə bağlı araşdırmaya başlayacağı bildirilib.
Şəbnəm Mehdizadə
