İranlı rəsmi ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni hücumlara başlayacağı təqdirdə Avropada yerləşən ABŞ hərbi bazalarının vurula biləcəyi barədə xəbərdarlıq edib.
E-huquq.az xəbər verir ki, “İran İnternational”ın məlumatına görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai “Əl-Məyadin” telekanalına müsahibəsində Amerika təyyarələrinin havaya qalxdığı bütün hərbi bazaların hücum riski altında olduğunu bildirib.
Rzai qeyd edib ki, ABŞ İrana hücum edəcəyi təqdirdə Tehran cavab tədbirlərini yalnız yaxınlıqdakı hərbi bazalarla məhdudlaşdırmayacaq.
“Amerikalılar səhvə yol verərək bizə hücum etsələr, özümüzü yaxınlıqdakı bazalarla məhdudlaşdırmayacağıq. Hətta Avropa ölkələrindəki bəzi ABŞ hərbi bazalarını da hədəfə ala bilərik”, – deyə o bildirib.
BBC-nin məlumatına görə, bu açıqlama ABŞ Prezidenti Donald Trampın İrana qarşı gələcək hücumların “çox ehtimal olunmadığını” bildirməsindən sonra səsləndirilib. Bununla yanaşı, Tramp vəziyyətin dəyişəcəyi təqdirdə ABŞ-nin ayıq-sayıq və əməliyyatlara hazır olduğunu vurğulayıb.
Şəbnəm Mehdizadə
