Məzmuna keç

Yaponiyada quş qripinə görə 200 min toyuq məhv ediləcək

Yaponiyanın Kioto prefekturasının Kameoka şəhərində yerləşən quşçuluq təsərrüfatında yüksək yoluxuculuğa malik quş qripinin H5 variantı aşkarlanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yoluxma səbəbindən təxminən 200 min toyuğun məhv edilməsi nəzərdə tutulur.

Prefektura administrasiyasının məlumatına görə, təsərrüfatda çoxsaylı toyuqların tələf olmasından sonra aparılan laborator analizlər virusun mövcudluğunu təsdiqləyib. Hadisə ilə əlaqədar təsərrüfatın 10 kilometrlik radiusunda hərəkət və daşınma məhdudiyyətləri tətbiq edilib. Bundan əlavə, ocağın 3 kilometrlik radiusunda yerləşən fermalardan toyuq və yumurta daşınması dayandırılıb.

Kioto qubernatoru Takatoşi Nişivaki bildirib ki, virusun yayılmasının qarşısını almaq üçün yoluxmuş quşların məhv edilməsi və digər zəruri tədbirlərə başlanılıb. Prosesin təxminən bir həftə davam edəcəyi gözlənilir.

Yaponiyanın kənd təsərrüfatı naziri Arata Takebe də təsərrüfatlarda sanitar-gigiyenik qaydalara nəzarətin gücləndirilməsi, dezinfeksiya işlərinin aparılması və mümkün yoluxma hallarının vaxtında bildirilməsi barədə göstəriş verib.

Qeyd edək ki, bu, Yaponiyada cari mövsümdə qeydə alınan ilk quş qripi ocağıdır.

Şəbnəm Mehdizadə