Məzmuna keç

BMT: İqlim dəyişikliyi səbəbindən 2050-ci ilədək 216 milyon insan ölkə daxilində köç edə bilər

Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) iqlim dəyişikliyinin təsirləri nəticəsində 2050-ci ilədək təxminən 216 milyon insanın öz ölkəsi daxilində yaşayış yerini dəyişmək məcburiyyətində qala biləcəyini açıqlayıb.

E-huquq.az xəbər verir ki, təşkilat bu barədə “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edib.

Bəyanatda bildirilib ki, 2050-ci ilə qədər iqlim dəyişikliyinin yaratdığı fəsadlar səbəbindən 216 milyona qədər insan öz ölkəsinin sərhədləri daxilində köç etmək məcburiyyətində qala bilər.

IOM-un məlumatına görə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində müxtəlif tərəflərin iştirakı ilə görüş təşkil olunub.

Görüşün əsas məqsədinin iqlim dəyişikliyindən zərər çəkən icmalar üçün səmərəli həll yollarını investisiya cəlb etməyə hazır layihələrə çevirmək olduğu bildirilib.

Şəbnəm Mehdizadə