Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə gələn il ərzində 4,7 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulur.
E-huquq.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.
Nazir müavini qeyd edib ki, ayrılması nəzərdə tutulan vəsait məişət zorakılığına, insan alverinə və erkən nikaha məruz qalmış şəxslərlə, sağlamlıq imkanları məhdud uşaqlarla və onların ailə üzvləri ilə sosial-psixoloji və psixopedaqoji işin təşkili, eləcə də bu istiqamətdə həyata keçiriləcək digər tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.
Şəbnəm Mehdizadə
