Məzmuna keç

Gələn il təhsil və elm sahələrinə 5,4 milyard manat ayrılacaq

“Gələn il Azərbaycanda təhsil və elm sahələrinə 5,4 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Bu məbləğ dövlət büdcəsi xərclərinin 12,6 faizini təşkil edəcək“.

E-huquq.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu göstərici 2025-ci illə müqayisədə 598 milyon manat və ya 11,2 faiz çoxdur.

Nazir müavini qeyd edib ki, 2023–2027-ci illər ərzində təhsil və elm sahələrinə ayrılan vəsait 1 milyard manat və ya 24 faiz artıb: “Gələn il bu sahələr üzrə xərclərin ümumi daxili məhsulda (ÜDM) payının 3,8 faiz olacağı proqnozlaşdırılır”.

Şəbnəm Mehdizadə