Məzmuna keç

ABŞ-nin bir sıra banklarında texniki nasazlıq: minlərlə müştəri xidmətlərə çıxışda çətinlik çəkib

ABŞ-nin “JPMorgan Chase”, “Bank of America”, “Wells Fargo” və “US Bank” kimi iri maliyyə qurumlarının minlərlə müştərisi bazar ertəsi bank xidmətlərindən istifadə zamanı problemlərlə üzləşib.

E-huquq.az BBC-yə istinadən xəbər verir ki, müştərilər onlayn hesablarına daxil olmaq, balanslarını yoxlamaq və pul köçürmələri aparmaqda çətinlik çəkiblər.

Yaranan fasilənin aparat sistemlərindəki proqram nasazlığı ilə əlaqəli ola biləcəyini bildirilib. Banklar problemin müvəqqəti xarakter daşıdığını, sistem xarakterli olmadığını və kiberhücumla əlaqəsinin müəyyən edilmədiyini açıqlayıb.

Nasazlıqları izləyən “Downdetector” platformasının məlumatına görə, yalnız “JPMorgan Chase”la bağlı təxminən 5 min şikayət qeydə alınıb. Bazar ertəsi axşam saatlarında isə şikayətlərin sayı azalmağa başlayıb.

Hadisə ABŞ-də son günlər qeydə alınan digər texniki nasazlıqlar fonunda baş verib. Belə ki, “United Airlines” aviaşirkəti də uçuşlara təsir edən genişmiqyaslı sistem problemi ilə üzləşib.

Şəbnəm Mehdizadə