Türkiyənin Bingöl şəhərində 5 nəfər göbələkdən zəhərlənib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, meşçədən topladıqları göbələkləri yeyən beş nəfər təcili tibbi yardım çağırıb.
İlkin tibbi yardım göstərilən beş nəfər müalicələrinin davam etdirilməsi üçün Bingöl Dövlət Xəstəxanasına aparılıb.
Onların gönələkdən zəhərləndikləri məlum olub.
Şəbnəm Mehdizadə
