Çexiyanın paytaxtı Praqada iki sərnişin qatarının toqquşması nəticəsində 46 nəfər xəsarət alıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Praqa Mərkəzi Dəmir Yolu Vağzalının yaxınlığında baş verib. İki sərnişin qatarının toqquşması nəticəsində çoxsaylı şəxslər yaralanıb. Yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Qəzadan sonra ərazidə dəmir yolu nəqliyyatının hərəkəti dayandırılıb.
Şəbnəm Mehdizadə
