Məhkəmə sertifikatlaşdırma imtahanında iştirak etmədiyinə görə işdən çıxarılan Mingəçevir şəhər R. Mirabov adına 7 nömrəli tam orta məktəbin informatika müəllimi Xəyalə Əliyeva ilə bağlı qərar qəbul edib.
Bu barədə e-huquq.az-a müəllimin vəkili Zaur Saadov məlumat verib.
Vəkilin bildirdiyinə görə, Xəyalə Əliyeva səhhətində yaranan problemlə əlaqədar sertifikatlaşdırma imtahanında iştirak edə bilməyib. Buna baxmayaraq, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilib.
Müəllim işə bərpa olunması tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edib. İşə hakim Tural Hüseynlinin sədrliyi ilə baxılıb.
Məhkəmə iddianı təmin edərək Xəyalə Əliyevanın işə bərpa olunması barədə qərar qəbul edib.
Şəbnəm Mehdizadə
