Məzmuna keç

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb

Rusiya ordusunun dünən Kiyev vilayətinin Dımer qəsəbəsinə endirdiyi hava zərbəsi nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb.

E-huquq.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, zərbə nəticəsində dağılan beşmərtəbəli yaşayış binasının dağıntıları altında axtarış-xilasetmə işləri davam edir.

Ötən gecədən bəri dağıntılar altından daha səkkiz nəfərin meyiti tapılıb.

Ukrayna Prezidenti Volodimir Zelenski dünənki açıqlamasında dağıntılar altından 9 nəfərin sağ xilas edildiyini, lakin 14 nəfərin taleyinin hələlik naməlum qaldığını bildirib.

Şəbnəm Mehdizadə