“OpenAI” şirkətinin baş alimi Jakub Pachocki sürətlə inkişaf edən süni intellekt modellərinin yaratdığı riskləri azaltmaq məqsədilə bütün sənaye üzrə ortaq məhdudiyyətlərin tətbiq olunmasını təklif edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin baş icraçı direktoru Sem Altman tərəfindən də dəstəklənən bu təşəbbüsdə inkişaf həddini ölçmək üçün əsas meyar kimi “çaşqınlıq” göstəricisindən istifadə edilməsi nəzərdə tutulur.
Alim bloq yazısında qeyd edib ki, “çaşqınlıq” süni intellekt modelinin zəka səviyyəsini – yəni növbəti məlumat vahidini (tokeni) nə qədər dəqiq proqnozlaşdıra bildiyini ölçür. Bu göstəricinin aşağı olması modelin daha dəqiq və güclü olmasından xəbər verir.
Baş alimin fikrincə, 2027-ci ilə qədər süni intellektin təlim üsullarında köklü irəliləyişlər baş verə bilər və bu, təhlükəsizlik tədbirlərini üstələyəcək qədər sürətli inkişafa yol aça bilər. Buna görə də o, tərtibatçıları sistemlərin davranışını izləmək və anlamaq bacarığı müəyyən səviyyəyə çatana qədər razılaşdırılmış imkan hədlərini aşmamağa çağırıb.
Şəbnəm Mehdizadə
