Məzmuna keç

Türkiyədə sərnişin avtobusu aşdı: 22 nəfər yaralandı

Türkiyənin Aksaray-Nevşehir avtomobil yolunda sərnişin avtobusu aşıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə jandarma, polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

İlkin məlumata görə, qəza nəticəsində 22 nəfər xəsarət alıb.

Yaralılar hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım avtomobilləri ilə xəstəxanalara çatdırılıblar.

Onlardan birinin həyati təhlükəsinin olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə