Məzmuna keç

İranda hərbi kazarma yaxınlığında partlayış olub

İranın Sistan və Bəlucistan əyalətində hərbi kazarma yaxınlığında partlayış baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə “IRNA” xəbər agentliyi məlumat yayıb.

Hadisə əyalətin şimalında yerləşən Zəhek şəhərində qeydə alınıb.

Məlumata görə, əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində baş verən partlayış zamanı ölən və yaralanan olmayıb.

IRNA-nın xəbərində bildirilir ki, partlayış hərbi qulluqçulardan birinə qarşı sui-qəsd məqsədilə törədilib.

Hadisə nəticəsində ərazidəki avtomobillərdən birinə də ziyan dəyib.

Şəbnəm Mehdizadə