Məzmuna keç

Cinayət Məcəlləsinin hansı maddələrinə dəyişiklik təklif edilir? – SİYAHI

Təkliflər paketi təkliflər paketi baxılması üçün Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ali Məhkəməyə göndərilib

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsininə dəyişikliklər edilməsi üçün vəkillər tərəfindən irəli sürülən təkliflərin müzakirəsi başa çatıb. Təkliflər paketi baxılması üçün Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ali Məhkəməyə göndərilib.

E-huquq.az xəbər verir ki, dəyişdirilməsi istənilən maddələr aşağıdakılardır:

Maddə 15. Cinayətlərin təsnifatı

Maddə 44. Cərimə

Maddə 49. İslah işləri

Maddə 50. Hərbi xidmət üzrə məhdudlaşdırma

Maddə 56. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi

Maddə 59. Cəzanı yüngülləşdirən hallar

Maddə 70. Şərti məhkum etmə

Maddə 77. Cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə

Maddə 79. Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması

Maddə 125. Özünü öldürmə həddinə çatdırma

Maddə 128. Qəsdən sağlamlığa yüngül zərər vurma

Maddə 147. Böhtan

Maddə 148. Təhqir

Maddə 162. Əmək mühafizəsi qaydalarını pozma

Maddə 192. Qanunsuz sahibkarlıq

Maddə 221. Xuliqanlıq

Qeyd edək ki, Cinayət Məcəlləsinə dəyişikliklə bağlı təkliflərin hazırlanması üçün Vəkillər Kollegiyasında İşçi Qrupu yaradılmışdı.