Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibovanın yas mərasiminin təşkilati məsələlərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
E-huquq.az-ın xəbərinə görə, bu barədə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tapşırıq verib.
Xatırladaq ki, Ə.Mütəllibova bu gün 81 yaşında vəfat edib. Mərhum Yasamal qəbiristanlığında oğlunun məzarının yanında dəfn olunacaq.
Mənbə: Report
