Məzmuna keç

Vilayət Eyvazovun yerinə təyin olunan Seyfulla Əzimov kimdir? – DOSYE

Vilayət Eyvazovun yerinə təyin olunan Seyfulla Əzimov kimdir?

Bu gün Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş Seyfulla Əzimov Daxili İşlər nazrinin birinci müavini təyin edilib.

E-huquq.az xəbər verir ki, S. Əzimov Nəsimi Rayon 22-ci polis bölməsinin rəisi olub. Qısa müddətdən sonra S. Əzimov Ramil Usubovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin rəis müavini təyin olunur.

Bir müddətdən sonra 2011-ci ildə S. Əzimov müavinlikdən rəis vəzifəsinə qalxır. O, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alır. Üç ildən sonra isə ona daha böyük post – Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi ("Bandotdel") etibar olunur.