Ana həbsdə olan oğluna narkotik maddə vermək istəyib.
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən e-huquq.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 181.2.1; 181.2.4; 181.2.5 və 228.4-cü maddələrinə əsasən həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Əhmədov Zaur Habil oğlu ilə görüşə gəlmiş anası Bakı şəhər sakini Xuduyeva Ülkər İmanverdi qızının üzərinə və əşyalarına baxış keçirilən zaman sovqatda olan şəffaf plastmas qabın içərisindəki mürəbbənin içərisində gizlədilmiş bükülüdə 1,077 qram narkotik maddə – heroin aşkar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
